"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb
Bakı, 23 iyun, AZƏRTAC
Transfer çalışmalarını davam etdirən İngiltərənin "Liverpul" klubu yeni futbolçu ilə razılığa gəlib.
AZƏRTAC "The Athletic"ə istinadən xəbər verir ki, komanda Premyer Liqanın digər təmsilçisi "Bornmut"da çıxış edən Miloş Kerkezlə anlaşıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.
Macarıstanlı müdafiəçinin tibbi müayinədən keçmək üçün bu gün İngiltərəyə gedəcəyi bildirilib. Transferin iyunun 24-də rəsmən açıqlanacağı gözlənilir.
Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəyəcək.
21 yaşlı oyunçu 2024/2025-ci illər mövsümündə İngiltərə çempionatının bütün oyunlarında iştirak edib. O, bu matçlarda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Liverpul" daha əvvəl Ceremi Frimponq, Florian Virts və Armin Peçini heyətinə qatıb.
“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır
Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı
“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib
“Trabzonspor” qapıçısı ilə vidalaşıb
Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb