Qaxda şəhidlərin xatirəsinə həsr olunan yarışda 100-dək güləşçi mübarizə aparıb
Qax, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəblərinin yeniyetmələri arasında iyunun 22-23-də sərbəst güləş üzrə yarış keçirilib. Regional İdarənin Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şotavar kənd tam orta məktəbində təşkil olunan birincilikdə 4 rayondan müxtəlif çəki dərəcələrində 100-dək yeniyetmə güləşçi mübarizə aparıb.
Rayon gənclər və idman sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhid ailələri üzvlərinin, Vətən müharibəsi qazilərinin, idman mütəxəssislərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi birinciliyin açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Gənclər və idman sektorunun müdiri Elvin Həsilov çıxış edərək, rayon idmançılarının son dövrlərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib, belə idman tədbirlərinin tez-tez təşkil olunmasının idmanın inkişafında və kütləviliyinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Şəhidlərin xatirəsinə həsr olunmuş birinciliyin qalibləri Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom, medal və hədiyyələri ilə mükafatlandırılıblar.
Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO
“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb
Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb