IRNA agentliyi: İran Tehran yaxınlığında İsrailin F-35 təyyarəsini vurub
Bakı, 18 iyun, AZƏRTAC
İranın Hava Hücumundan Müdafiə Qüvvələri Tehranın cənub-şərqində yerləşən Vəramin şəhəri üzərində İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsini vurub.
AZƏRTAC xəbər verir ki, IRNA agentliyi bu barədə şəhər hökumətinin nümayəndəsi Hüseyn Abbasiyə istinadla məlumat yayıb.
Tehranın məlumatına görə, bu, İranla İsrail arasında hərbi eskalasiyanın başladığı iyunun 13-dən bəri SAXAL-ın vurulan beşinci döyüş təyyarəsidir. Həmçinin Vəramin üzərində İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Tehran isə buna cavab olaraq İsrail ərazisinə ballistik raket və PUA hücumu həyata keçirib. Hazırda qarşılıqlı hücumlar davam edir.
Antalya turist sayına görə daha bir rekorda imza atıb
“Osaka 2025” sərgisini 10 milyon nəfər ziyarət edib
Avstraliyada 2 Fransa vətəndaşı 32 kiloqram metamfetamin ilə yaxalanıb