Gürcüstan Ali Məhkəməsinin sədri: Dünyada məhkəmə sisteminin müstəqilliyi ilə bağlı tələblər artır
Bakı, 18 iyun, AZƏRTAC
Məhkəmə şuraları məhkəmə sisteminin idarəedilməsinə cavabdeh olan müstəqil orqan kimi mühüm rol oynayır. Bu şuraların vəzifəsi yalnız təyinatlara, karyera yüksəlişlərinə və digər məsələlərə nəzarət etmək deyil, həm də məhkəmə sistemini kənar təsirlərdən qorumaqdadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində səsləndirib.
"Məhkəmə şuraları məhkəmələrin gərəksiz təzyiqlərdən asılı olmadan müstəqil fəaliyyət göstərmələrinə təkan verir. Müasir dünyada məhkəmə sisteminin müstəqilliyi ilə bağlı tələblər artır. Siyasi və texnoloji inkişaf məhkəmə institutlarına təzyiq göstərə bilər. Bu kimi hallar isə məhkəmə şuralarının rolunu daha da artırır və aktuallaşdırır", - deyə o bildirib.
İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür
Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər
"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir