Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.
Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.
Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib
Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib