"Milli baş geyimi və örtükləri" layihəsinin icrasına başlanılıb
Bakı, 18 iyun, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olaraq, "Milli baş geyimi və örtükləri" adlı layihənin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsidir. Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi deyil, həm də sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəltməyi hədəfləyir.
Layihə çərçivəsində konsert tədbirləri təşkil olunacaq, konsert zamanı isə Azərbaycanın kişi və qadın baş geyimlərindən ibarət sərgi tamaşaçılara təqdim ediləcək. Bu sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib
Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib
UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
Azərbaycan kino sənayesinin təkcə regionda deyil, beynəlxalq miqyasda da tanıdılması hədəflənir