Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.
Tədbir iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə güllər düzüblər.
Qonaqlara Şəhidlər xiyabanının tarixi barədə ətraflı məlumat verilib.
Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər
"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir
Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub
BAMF-da vətəndaş cəmiyyəti təşkilatlarının BMT-də rolu barədə təlim keçirilib