Şalva Papuaşvili: Türkiyə ilə möhkəmlənən münasibətlər Gürcüstan üçün çox dəyərlidir
Tbilisi, 18 iyun, AZƏRTAC
Gürcüstan ilə Türkiyə arasında ilbəil möhkəmlənən münasibətlər təlatümlü reallıq fonunda xüsusilə dəyərlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla birgə keçirdiyi brifinqdə söyləyib.
“Gürcüstan ilə Türkiyə arasında dostluq möhkəm və çoxşaxəli strateji tərəfdaşlığa çevrilmiş möhkəm mehriban qonşuluq əlaqələrinə əsaslanır. Bugünkü təlatümlü reallıqda ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan, ildən-ilə möhkəmlənən münasibətlər xüsusilə dəyərlidir”, - deyə Ş.Papuaşvili bildirib.
Onun sözlərinə görə, görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Qafqaz regionunda sülhün və sabitliyin təşviqinə dair ümumi baxış, həmçinin Orta Dəhlizin artan geosiyasi əhəmiyyəti müzakirə edilib.
O qeyd edib: “Biz Orta Dəhlizin artan geosiyasi əhəmiyyətinə xüsusi diqqət yetirdik. Orta Dəhliz Avropa ilə Asiya arasında iqtisadi əlaqələri gücləndirən, regional əməkdaşlığı, enerji təhlükəsizliyini, rəqəmsal əlaqəni və davamlı inkişafı təmin edən ortaq gələcəyimizin simvoludur”.
Onun sözlərinə görə, Gürcüstan Türkiyəni bu marşrutun potensialından tam istifadə etməkdə mühüm tərəfdaş hesab edir. Görüşdə, həmçinin mədəniyyət və təhsil sahələrində insanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib
Ağ Ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir
Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir
Avropada anomal istilər onlarla insanın həyatına son qoyub
Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır