Avstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib
Bakı, 18 iyun, AZƏRTAC
OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri ilə görüşdə iqtisadi-ticarət, enerji, sənaye, texnologiya və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri Volfqanq Hatmansdorfer ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı baxımından vacib olduğu vurğulanıb. Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar haqqında məlumat verilib. Avstriya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdikləri qeyd olunub. Ticarət və investisiya əlaqələrinin inkişafında özəl sektorun mühüm rola malik olduğu bildirilib.
Tərəflər iqtisadi-ticarət, enerji, sənaye, texnologiyalar və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparıblar.
Üç faydalı qazıntı yatağı hərraca çıxarılır
Birinci yarımildə 100 yeni dövlət standartı qəbul edilib
Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu keçirilib – YENİLƏNİB VIDEO
Dövlət Agentliyi: Yanvar-may aylarında 329 istehlakçı müraciəti təmin olunub