İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib
İstanbul, 16 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub..
AZƏRTAC xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.
Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb.
Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.
Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib.
ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib
Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib
Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib
“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır