Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub
Astara, 16 iyun, İlkin Adıyev, AZƏRTAC
Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin daha bir qrupu İrandan təxliyə olunaraq Astara sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə keçib.
İncəsənət nümayəndələri gün ərzində kiçik qruplar şəklində sərhədi keçərək ölkəyə daxil olublar. Onların hər biri müvafiq qaydada qeydiyyatdan keçirilərək təyinat yerlərinə yola salınıblar.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb
Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO
Naxçıvanda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib
Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar YENİLƏNİB FOTO
AAYDA sədri Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib