Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir
Astara, 15 iyun, İlkin Adıyev, AZƏRTAC
İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidi mərhələli şəkildə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün sayca dördüncü təxliyə qrupu Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçərək, ölkə ərazisinə daxil olub.
Təxliyə olunan şəxslərin əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Onlar İran İslam Respublikasında müxtəlif sahələrdə – o cümlədən incəsənət, təhsil və xidmət sektorlarında fəaliyyət göstəriblər.
Qrupun bir hissəsi isə artıq dünən Azərbaycan ərazisinə keçib və bütün zəruri prosedurlardan sonra müvafiq qaydada təyinat yerlərinə yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb
Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO
Naxçıvanda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib
Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar YENİLƏNİB FOTO
AAYDA sədri Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib