AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.
Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub
BAMF-da vətəndaş cəmiyyəti təşkilatlarının BMT-də rolu barədə təlim keçirilib
Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO
Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib