Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub
Roma, 15 iyun, AZƏRTAC
Cennaro Qattuzo futbol üzrə İtaliya millisinin yeni baş məşqçisi təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 47 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. O, sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya ilə matçda yığmanın baş məşqçisi kimi debüt edəcək.
Xatırladaq ki, 2023-cü ilin sentyabrından indiyədək bu postu 66 yaşlı mütəxəssis Luçano Spalletti tuturdu. O, bir neçə gün öncə vəzifəsindən ayrılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib
“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib
Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub