Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
Pekin, 15 iyun, AZƏRTAC
İyunun 18-22-də Pekində 31-ci beynəlxalq kitab sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Sivilizasiyalar irsinin və inkişafının təşviqi, qarşılıqlı faydalı əməkdaşlıq üçün mübadilə və qarşılıqlı öyrənmənin inkişafı” devizi altında keçiriləcək sərgidə 80 ölkə, o cümlədən Azərbaycan təmsil olunacaq. Təxminən 1700 iştirakçı 60 min kvadratmetrlik ekspozisiya sahəsinin müxtəlif bölmələrində 220 min kitab və digər nəşr vasitələrini nümayiş etdirəcək.
Sərgi çərçivəsində forumlar, təqdimatlar, imza günləri, müəlliflərlə görüşlər təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycan ötən il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə Pekin beynəlxalq kitab sərgisində milli stendlə təmsil olunub.
Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür
Bu gün görkəmli kinooperator Rasim İsmayılovun doğum günüdür
Gəncə Dövlət Milli Dram Teatrı “Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı”nda iştirak edib