Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı vətənə gəlib.
AZƏRTAC xəbər verir ki, idmançını Heydər Əliyev adına Hava Limanında media nümayəndələri qarşılayıblar.
R. Fiziyev iyunun 21-də Kristal Zalda təşkil olunacaq döyüş gecəsində çilili İqnasio Bahamondes ilə qarşılaşacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib
“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib
Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub