“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
Bakı, 14 iyun, AZƏRTAC
“Sabah” klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.
Klub Vasili Vladimiroviçə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib. “Sabah” onun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qazanaraq klubun tarixində əlamətdar və simvolik bir səhifə yazıb.
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib
“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib
Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub