×
A
A
A
Sazlamalar

Avropa çempionatının qalibi olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Bakı, 13 iyun, AZƏRTAC
Polşada keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan yığması təltif edilib.
Azərbaycan Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, ARAF-ın prezidenti Elçin Quliyev milli komandanın üzvləri ilə görüşərək onları mükafatlandırıb.
Mərasimdə E.Quliyev idmançılarımıza göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və federasiyanın dəstəyinin davamlı olacağını vurğulayıb.

 

İdman 2025-06-13 17:26:00