® “Expressbank”ın İdarə Heyətinə - YENİ TƏYİNAT
“Expressbank” ASC-də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq, maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank”da baş maliyyə inzibatçısının müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində “Expressbank”da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.
Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə tamamlayıb.
Yeni təyinatın “Expressbank”ın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Ukrayna öz yeraltı qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir
Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib
SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu