Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq
Belqrad, 24 may, AZƏRTAC
Serbiyalı məşhur raketka ustası Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Cokoviç Cenevrədə keçirilən ATP turnirinin yarımfinalında britaniyalı Kemeron Norriyə qalib gələrək finala yüksəlib. O, mayın 24-də turnirin finalında dünya 6-cısı polşalı peşəkar tennisçi Hubert Hurkaça qarşı mübarizə aparacaq.
37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar