Dağıstanla investisiya, KOB, sənaye sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub
Bakı, 19 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyində Rusiyanın Dağıstan Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Rusiya, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb.
Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiyanın subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır.
Tərəflər, həmçinin biznes dairələri arasında əlaqələrin inkişafının iqtisadi potensialın reallaşdırılmasında önəmini qeyd ediblər.
Görüşdə Dağıstanın investisiya potensialına dair təqdimat nümayiş etdirilib, ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
ABA: Bankların aktivləri 80 faiz artıb
AZAL Özbəkistanın Ürgənc şəhərinə uçuşları bərpa edir
ADA Universitetində 19-cu Bakı Yay Enerji Məktəbi işə başlayıb
AMB: Kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biridir