İtaliya çempionu olan komanda C Seriyasına düşüb
Bakı, 14 may, AZƏRTAC
“Sampdoriya” komandası İtaliya C Seriyasına düşüb.
AZƏRTAC xəbər verir ki, Cenoa təmsilçisi mövsümün son oyununda "Yuve Stabia" ilə qolsuz heç-heçə edərək üçüncü liqaya yuvarlanıb.
İtaliyanın tanınmış komandalarında sayılan “Sampdoriya” 2023/2024-cü illər mövsümündən B Seriyasında mübarizə aparırdı. Klub 1989/1990-cı illərdə UEFA Kubok Qalibləri Kubokunun və 1990/1991-ci illər mövsümündə isə A Seriyasının qalibi olub.
Hazırda kollektivin heyətində “Milan”ın sabiq futbolçuları Mbaye Nianq və Fabio Borini yer alıblar.
“Oklahoma-Siti Tander” NBA çempionu olub
KDÇ: "Yuventus" və "Real Madrid"dən qələbə
Azərbaycan badmintonçuları Serbiyada qızıl və bürünc medal qazanıblar