×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib

Ankara, 13 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də Ankarada NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.
AZƏRTAC xəbər verir ki, Şimali Atlantika Alyansının Baş katibi NATO ölkələrinin xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-rəsmi görüşü ərəfəsində Ankaraya səfər edib.
Mətbuat üçün qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2025-05-13 17:44:00