×
A
A
A
Sazlamalar

Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib

Pekin, 13 may, AZƏRTAC

Cənubi Koreyanın İnçon şəhərində logistika mərkəzindəki anbarda baş verən yanğına görə 178 nəfər təxliyə edilib.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 10:29-da başlayıb. Yanğının söndürülməsinə 92 texnika və 270 yanğınsöndürən cəlb olunub. Mərkəzin təxliyə edilən əməkdaşları arasında xəsarət alan yoxdur.
Üçmərtəbəli anbardakı litium batareyalar və digər yanan əşyalar səbəbindən yanğının söndürülməsi xeyli vaxt aparıb. Hazırda ərazidə axtarış işləri aparılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2025-05-13 17:30:00