Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb
Bakı, 13 may, AZƏRTAC
Qadınlardan ibarət Türkiyə millisinin voleybolçusu Ebrar Karakurt Rusiyanın “Lokomotiv” komandasından ayrılıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.
Hücumçu 2023-cü ildən Rusiya təmsilçisində çıxış edirdi.
“Oklahoma-Siti Tander” NBA çempionu olub
KDÇ: "Yuventus" və "Real Madrid"dən qələbə
Azərbaycan badmintonçuları Serbiyada qızıl və bürünc medal qazanıblar