Etna vulkanı yenidən oyanıb
Roma, 13 may, AZƏRTAC
İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib. Bu, cari ilin fevral və aprel aylarında vulkanda qeydə alınan 13-cü aktivlikdir.
Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb. Kül dumanının hündürlüyü 2 kilometr yüksəkliyə çatıb.
Vulkanın püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.
Kiyevə kütləvi hava hücumu olub, ölənlər var
Burje aviasalonunda aksiya keçirmək istəyənlər saxlanılıb
Yeniyetmələrə yönəlmiş zərərli qida reklamları onların sağlamlığına necə təsir edir?
Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? – ARAŞDIRMA
Rassel Krou Nürnberq prosesi ilə bağlı filmdə Herman Görinq rolunu oynayacaq