×
A
A
A
Sazlamalar

Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub

Bakı, 12 may, AZƏRTAC

Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonsonun İspaniyanın “Real Madrid” klubu ilə bağlayacağı müqavilənin müddəti məlum olub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı çalışdırıcı Madrid təmsilçisi ilə 2028-ci ilin yayındakı sözləşmə imzalayacaq.
Daha əvvəl ispan mütəxəssisin iyunun 1-də rəsmi müqaviləyə imza atacağı bildirilib.
Qeyd edək ki, “Bayer” klubu mayın 9-da Xabi Alonsonun mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.

İdman 2025-05-12 15:10:00