MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının növbəti iclası keçirilib.
MOK-dan AZƏRTAC-a verilən məlumata görə, iclasda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə baxılıb. Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.
Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərəcək.
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar