Xəzər İsayev: Azərbaycanda ədalətli oyun prinsipləri beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir
Bakı, 12 may, AZƏRTAC
Azərbaycanda ədalətli oyun prinsipləri geniş vüsət almağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 2024-cü ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Ədalətli Oyunlar Komissiyasının uzun müddətdir fəaliyyət göstərdiyini bildirib: “Həm Beynəlxalq, həm də Avropa Ədalətli Oyunlar hərəkatının üzvüyük və bununla bağlı proseslərdə fəal iştirak edirik. Azərbaycanda ədalətli oyun prinsipləri geniş vüsət almağa başlayıb. Artıq ölkəmizdə ədalətli oyunlar baxımından çox yüksək adlara layiq insanlar var. Fəaliyyətimiz beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq Ədalətli Oyunlar Komitəsi tərəfindən "Con Barotta" mükafatına layiq görüldüm. Məndən öncə bu mükafat mərhum nazirimiz Azad Rəhimova, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim olunmuşdu. Taekvondoçumuz Qaşım Maqomedov "Ədalətli Oyun Ruhu" mükafatına layiq görüldü. Bu, Azərbaycanda ədalətli idman sahəsində görülən işlərin nəticəsidir. Sevindiricidir ki, həm idmançılarımız, həm hakimlərimiz, həm də mütəxəssislərimiz yüksək mükafatlar əldə edirlər”.
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar