Ağstafada yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Ağstafa, 10 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 2010-cu il təvəllüdlü Məmməd Nağıyev, 1986-cı il təvəllüdlü Təranə Vəliyeva, 2021-ci il təvəllüdlü Durdanə Vəlizadə və 2012-ci il təvəllüdlü Nuray Nağıyevadır.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Dövlət Xidmətinin nümayəndələri Lerikdə gənclərlə görüşüblər