"Səbail" Misli Premyer Liqasını tərk edib
Bakı, 10 May, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, autsayder "Səbail" doğma meydanda daha əvvəl gümüş medalları təmin edən "Zirə"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Davit Volkov vurub.
"Qartallar” bu nəticədən sonra 70 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Dənizçilər” isə 22 xalla sonuncu – 10-cu sırada yer alıb.
Bununla da "Səbail" mövsümün bitməyinə iki tur qalmış Misli Premyer Liqasını tərk edib. Onların ən yaxın izləyicisi "Kəpəz"in 29 xalı var.
Günün son oyunu Tovuzda keçiriləcək. “Neftçi” səfərdə “Turan Tovuz”la qarşılaşacaq. Saat 19:30-da start götürəcək matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, XXXIV turun açılış oyununda “Sabah” öz meydanında “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəlib. Tura mayın 11-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.
3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb