Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Bakı, 10 may, AZƏRTAC
Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işlərinin aparıldığını söyləyən dövlətimizin başçısı bildirib: “İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər”.
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY
Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir