×
A
A
A
Sazlamalar

Naxçıvanda 3 minə yaxın şagirdin iştirakı ilə Xl siniflər üçün blok qiymətləndirmə monitorinqi keçirilib

Naxçıvan, 10 may, AZƏRTAC

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Xl siniflər üçün blok imtahanlarına uyğun olaraq blok qiymətləndirmə monitorinqi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 15 mərkəzdə təşkil olunan monitorinqdə 3 minə yaxın şagird iştirak edib. Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Monitorinqdə istifadə olunan test tapşırıqlarının cavabları yaxın saatlarda nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Regionlar 2025-05-10 17:51:00