Naxçıvanda “Heydər Əliyev irsinə sağlam töhfə” adlı tibbi aksiya təşkil olunub
Naxçıvan, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev irsinə sağlam töhfə” adlı tibbi aksiya keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş peşəkar uzman-həkimlərin iştirakı ilə vətəndaşlara ixtisaslaşdırılmış tibbi xidmətlər göstərilib. Aksiya zamanı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov həkimlərlə görüş keçirib, onların fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətini vurğulayıb və gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini bildirib.
Tibbi aksiya çərçivəsində 650-dən çox vətəndaş müxtəlif ixtisaslar üzrə müayinə olunub, onlara müvafiq tibbi məsləhətlər və müalicə təklif olunub. Aksiya əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Dövlət Xidmətinin nümayəndələri Lerikdə gənclərlə görüşüblər