Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
Bakı, 10 may, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti mayın 11-dən 13-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, İsmayıllı, Ağsu, Şamaxı, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdərə, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
Naftalan, Goranboy, Mingəçevirdə də qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Şahdağda qar yağır – FAKTİKİ HAVA
Sabah hava əsasən yağmursuz keçəcək
Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib