Qazaxda Ulu Öndərin xatirəsinə həsr olunmuş yarışların final mərhələsi keçirilib
Qazax,10 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Qazax rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş aşağı yaş qrupu üzrə futbol, şahmat və dama idman növləri üzrə yarışların final mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev rayonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və bunun Dahi Rəhbərə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təcəssümü olduğunu bildirib. Rayon təşkilatının sədri Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən gənclərə və idmana göstərdiyi diqqət və qayğısından geniş bəhs edib. Bu gün respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini xüsusilə vurğulayan A.Nəbiyev idmançılara uğurlar arzulayıb.
Sonda qalib komandalar və idmançılar YAP Qazax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Dövlət Xidmətinin nümayəndələri Lerikdə gənclərlə görüşüblər