×
A
A
A
Sazlamalar

Samuxda 102 ədəd şam və çinar ağacı əkilib

Samux, 10 may, Elcan Məmmədov, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Samux rayonunun Ziyadlı kəndində, Kür yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkil etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivi, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində simvolik olaraq 102 ədəd şam və çinar ağacı əkilib. Əkilmiş ağacların suvarılması məqsədilə əraziyə müasir damcı suvarma sistemi çəkilib. Eyni zamanda, əvvəlki illərdə salınmış yaşıllıqlara və gül kollarına aqrotexniki qulluq göstərilib.
Bu təşəbbüs həm Ulu Öndərin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də ekoloji mühitin qorunmasına töhfə kimi qiymətləndirilir.

Regionlar 2025-05-10 16:21:00