Prezident: İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək
Bakı, 10 may, AZƏRTAC
Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək”.
TDT-nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır