×
A
A
A
Sazlamalar

Birol Akgün: Bizə hər zaman qardaşlığı, həmrəyliyi öyrədən Ulu Öndər Heydər Əliyevə minnətdarıq

Bakı, 10 may, AZƏRTAC

Bu gün biz burada müasir Azərbaycan hökumətinin və dövlətinin banisi, Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etmək üçün toplaşmışıq. O, hər mənada bugünkü müasir Azərbaycan dövlətinin öncüsü, qurucusu və həqiqətən də uzaqgörən lideridir. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər, əslində, onun əvvəldən gördüyü hazırlıqların bəhrəsidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı hər zaman bəyan etdiyi “Bir millət, iki dövlət” prinsipi bu gün daha da güclənib, zirvəyə çatıb. Bizə hər zaman qardaşlığı, həmrəyliyi öyrədən Ulu Öndər Heydər Əliyevə minnətdarıq.

Siyasət 2025-05-10 14:09:00