ANAMA kollektivi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ziyarətçilər daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində çap edilib
Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib
Türkiyənin İğdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub
Azərbaycan nümayəndə heyəti Türk Ədliyyə Təlim Şəbəkəsinin konqresində iştirak edir