Atırauda Ümummilli Liderin xatirəsi yad edilib
Astana, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Baş Konsulluq Atırau şəhərində Xəlil Dosmuhammedov adına Atırau Dövlət Universiteti ilə birgə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Baş Konsulluq Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə universitetin beş əlaçı tələbəsinə birdəfəlik təqaüd təqdim edib.
Tədbirdə universitetin rektoru Salamat İdrisov, Azərbaycanın Atıraudakı baş konsulu Ayxan Süleymanlı və "Novruz" etno-mədəni təşkilatının sədri Eldar Əhmədov çıxış ediblər. Çıxışlar zamanı tədbir iştirakçılarına Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi önəm barədə ətraflı məlumat verilib.
Daha sonra Qazaxıstanın və Azərbaycanın siyasətçiləri, dövlət və ictimai xadimləri tərəfindən Ümummilli Liderlə bağlı xatirələri əks etdirən film nümayiş olunub.
Baş konsul Ayxan Süleymanlı universitet tərəfindən seçilmiş əlaçı tələbələrə təqaüdləri və təşəkkürnamələri təqdim edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb
AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
FHN: Xocəsəndə taxta sexindəki yanğının yayılmasının qarşısı alınıb