×
A
A
A
Sazlamalar

Gənclər və İdman Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad edilib.
Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.

Cəmiyyət 2025-05-10 13:24:00