Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur. Bu münasibətlə mayın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri, din xadimləri Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
QMİ-dən AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı turk dilində çap edilib
Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib
Türkiyənin İğdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub
Azərbaycan nümayəndə heyəti Türk Ədliyyə Təlim Şəbəkəsinin konqresində iştirak edir