Ceyhun Bayramov: Hindistan-Pakistan gərginliyi ilə bağlı mövqeyimiz tamamilə beynəlxalq hüquqa əsaslanır VİDEO
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın Hindistan və Pakistan arasındakı gərginliklə bağlı mövqeyi digər mövzularda olduğu kimi, tamamilə beynəlxalq hüquqa əsaslanır.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, tərəflər arasında son gərginliyin başlanma səbəbi Pakistan ərazisinə zərbələrin endirilməsi olub: "Bu, çox ciddi bir gərginlik yaratdı. Biz bunun qəbuledilməz olduğunu söylədik və pislədik. Eyni zamanda, bizim hər iki tərəfə çağırışlarımız ən qısa zamanda gərginliyə son qoyulması və məsələnin siyasi-diplomatik səviyyədə həll edilməsi ilə bağlı idi. Kimsə bizim mövqeyimizdən narazı olsa da, düşünürük ki, bu, çox məntiqli yanaşmadır".
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY