Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il keçir.
Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib. Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada peşəkar tibbi kadrların hazırlanması da məhz Ulu Öndərin adı ilə bağlıdır.
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı turk dilində çap edilib
Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib
Türkiyənin İğdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub
Azərbaycan nümayəndə heyəti Türk Ədliyyə Təlim Şəbəkəsinin konqresində iştirak edir