Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirilib
Bakı, 10 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturları tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən aksiyalarda məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.
Aksiyalarda torpaq-iqlim şəraiti nəzərə alınaraq, seçilmiş ağac növləri uyğun sahələrdə əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Əkilən ağaclar ərazidə estetik görünüş yaratmaqla yanaşı, ətraf mühitə müsbət təsir göstərərək ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı silsilə tədbirlərlə qeyd olunub
Leysan olacaq, dolu düşəcək - PROQNOZ
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər