Prezident Administrasiyasının rəhbəri: Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyasının başlıca hədəfi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olub
Bakı, 10 may, AZƏRTAC
Müstəqillik illərində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun təkmilləşdirilərək həyata keçirilmiş milli inkişaf strategiyasının başlıca hədəfi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində bildirilib.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, iki mühüm istiqamətin paralel şəkildə həyata keçirilməsi ilə şərtlənən siyasi xətt bir tərəfdən problemin beynəlxalq hüququn tələblərinin və beynəlxalq birlik tərəfindən məcburetmə tədbirlərinin tətbiqinə nail olunmasını, digər tərəfdən isə güclü dövlət konsepsiyasının reallaşdırılması və güc tətbiqetmə yolu ilə işğala son qoyulmasını ehtiva etmişdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial siyasəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmış, nə beynəlxalq hüquq sistemində, nə də siyasi müstəvidə mübahisə predmeti olmuş, ölkəmizin işğal altında olan əraziləri üzərində hüquqi, tarixi və mənəvi haqqı qəbul edilmiş, Ermənistanın və onun havadarlarının torpaqlarımızda ikinci erməni dövləti yaratmaq cəhdləri nəticə verməmişdir.
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY
Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir