Dövlət Xidmətində Ümummilli Liderin xatirəsinə həsr olunan tədbirlər keçirilib
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ümummilli Liderin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, mayın 7-də Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin ərazisində ağacəkmə aksiyası baş tutub.
Mayın 8-də şəxsi heyətin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxışlar zamanı müstəqil Azərbaycanın memarı Ulu Öndərin milli dövlətçilik tariximizdəki xidmətləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının inkişaf mərhələləri, onun ölkənin hüquq sistemində tutduğu yer barədə ətraflı məlumat verilib.
Mayın 10-da isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.
Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tədbir keçirilib
Yaz kimi gələn ömür - bu dünyanın Vaqifi
Cənubi Qafqaz ölkələri arasında ən az yol qəzası Azərbaycanda qeydə alınıb - STATİSTİKA
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində çap edilib