Prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluqdan məlumat verilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində çap edilib
Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib
Türkiyənin İğdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub
Azərbaycan nümayəndə heyəti Türk Ədliyyə Təlim Şəbəkəsinin konqresində iştirak edir