Ümummilli Liderin Bakıya qayıdışı ilə başlayan növbəti 10 il Azərbaycanda gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı və iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə başlayan növbəti 10 il Azərbaycanda müstəqil dövlətin qurulduğu, möhkəmləndirildiyi və gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, 1993-2003-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edildiyi bir şəraitdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyi mexanizminin və iqtisadi sistemin yenidən qurulması, beynəlxalq əlaqələrin dövlətin və xalqın ali məqsədlərinə uyğun əsaslı təşkili və bu kimi digər həyati vacib məsələlər qısa zamanda həll edildi, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əsasları yaradıldı. Bu əsaslar Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuşdur.
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY
Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir